“Rusiya danışıqlar günü də öldürür” - Zelenski

“Rusiya danışıqlar günü də öldürür” - Zelenski

Hazırda oxunan: “Rusiya danışıqlar günü də öldürür” - Zelenski
265478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları hətta Alyaskada danışıqların keçirildiyi gün də mülki infrastruktura zərbələr endirməkdə davam edir və Moskva müharibəni dayandırmağa hazır olduğuna dair heç bir siqnal vermir.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşə hansı məqsədlərlə yollandığı barədə kəşfiyyat və diplomatlardan məlumatlar alır. Paralel olaraq isə ölkənin müxtəlif bölgələrindən Rusiyanın hücumları barədə xəbərlər gəlir. “Sum - mərkəzi bazara zərbə. Dnepr vilayəti - şəhərlərə və müəssisələrə hücumlar. Zaporojye, Xerson, Donetsk - məqsədli hücumlardır. Müharibə davam edir.
 

ABŞ və Avropa ilə danışdıq ki, həqiqətən nə effektiv ola bilər?! Hər kəs müharibənin ədalətli sonunu istəyir. Ukrayna bu məqsədlə səmərəli işləməyə hazırdır. Güclü Amerika mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq, çünki Rusiya gücə baxır, məhz gücü nəzərə alır”, - deyə Zelenski bildirib.


“Danışıqlar günü düşmən öldürməkdə davam edir. Bu, Rusiya rejiminin real niyyətləri haqqında çox şey deyir”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO