“Zelenski danışıqlara qatılmasa da olar, şərtləri Rusiya müəyyən edəcək” – SENSASİON AÇIQLAMA

“Zelenski danışıqlara qatılmasa da olar, şərtləri Rusiya müəyyən edəcək” – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Zelenski danışıqlara qatılmasa da olar, şərtləri Rusiya müəyyən edəcək” – SENSASİON AÇIQLAMA
264048
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara qatılmasına ehtiyac yoxdur, çünki sülh şərtlərini yalnız Rusiya müəyyən edəcək”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri amerikalı jurnalist Kleyton Morris “Redacted” YouTube kanalının efirində səsləndirib.
 

“Zelenskinin heç bir danışıqlara getməsinə ehtiyac yoxdur, çünki o, heç nə qərarlaşdırmır. O, məktub göndərə, ya da “nökər”lərindən birini yollaya bilər. Bu vacib deyil, çünki bütün qərarları Putin verəcək. Onun əlində bütün üstünlüklər var”, – deyə Morris bildirib.


Jurnalistin sözlərinə görə, Moskva və Vaşinqton münaqişənin başa çatmasında maraqlıdır, lakin Ukrayna və Avropa İttifaqı mümkün danışıqlardan narazıdır, çünki bu danışıqlar onlar üçün əlverişsiz şərtlərlə keçiriləcək.

O, həmçinin qeyd edib ki, Ukrayna ordusu “sınıb”, NATO “parçalanıb”, Zelenski isə “təlaş içindədir”.

Jurnalist Ukraynada son zamanlar genişmiqyaslı etiraz aksiyalarının keçirildiyini və əhalinin məcburi səfərbərliyə müqavimət göstərdiyini də xatırladıb.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın Bild qəzeti ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfərinə baxmayaraq, Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ərazi tələblərində sərt mövqe nümayiş etdirdiyini yazmışdı. Qəzetin mənbələrinin bildirdiyinə görə, Kreml dörd yeni regionun və Krımın Rusiyaya məxsus olduğunu israrla bəyan edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO