Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Hazırda oxunan: Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO
644186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünya çempionu olmağı çoxdan arzulayırdım. Hazırda keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Çünki bu uğurun arxasında uzun illər ərzində heç kimin görmədiyi, bilmədiyi böyük zəhmət və əziyyət dayanır”.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

İdmançı karyerası ərzində dəfələrlə uğursuzluqla üzləşdiyini, lakin heç vaxt ruhdan düşmədiyini bildirib:

“Yaxşı formada olduğum vaxtlarda belə, dəfələrlə yarışlara gəlib məğlub olmuşam. Amma həvəsdən düşməmişəm. Əvvəlcə Avropa çempionu olmaq istəyirdim və buna nail oldum. Daha sonra qarşıma dünya çempionu olmaq məqsədini qoydum. Dəfələrlə uğursuzluq yaşasam da, bu gün, şükür Allaha, dünya cempionu oldum”.

Sənan Süleymanov bundan sonrakı əsas məqsədinin Olimpiya çempionu olmaq olduğunu deyib:

“Qarşıda bir əsas hədəfim qalıb - Olimpiya çempionu olmaq. İnanıram ki, buna da nail olacağam”.

Güləşçi qələbəsinə əvvəlcədən inandığını da açıqlayıb. Onun sözlərinə görə, bir ay əvvəl telefonunda oktyabrın 25-də dünya çempionu olacağı barədə qeyd yazıb:

“Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam. Sanki buna inanırdım. Şükür Allaha, bu gün arzum gerçəkləşdi”.

Qələbəsini özü üçün ən böyük hədiyyə hesab edən idmançı bundan daha dəyərli hədiyyə təsəvvür etmədiyini söyləyib.

Qeyd edək ki, Sənan Süleymanov Astanada keçirilən dünya çempionatının finalında 77 kiloqram çəki dərəcəsində Moldova təmsilçisi Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO