Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Hazırda oxunan: Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək
644163
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının son günündə konsert proqramı davam edir.

Bizim.Media  xəbər verir ki, hazırda səhnədə “Excellent band” çıxış edir. Musiqi qrupunun ifaları festival iştirakçılarını bir araya gətirib. Ziyarətçilər musiqinin ritminə qoşularaq toplu şəkildə rəqs edir, yağışlı havaya baxmayaraq, əyləncəyə davam edirlər.
 

Festival ərazisində yaranan bayram ab-havası şəhər sakinlərinin və paytaxtın qonaqlarının marağına səbəb olub. İştirakçılar həm konsert proqramını izləyir, həm də birlikdə rəqs edərək festivalın son günündən zövq alırlar.


Qeyd edək ki, Zeytun Festivalı bu gün başa çatır. Günün davamında səhnədə Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımovanın çıxışları nəzərdə tutulub. Festival ərazisinə giriş və konsert proqramlarında iştirak ödənişsizdir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO