
- A-
- A
- A+
ABŞ-lı polkovnik: “Starlink-in bərpası Ukraynanı məğlubiyyətdən xilas etməyəcək”
ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis hesab edir ki, Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” peyk rabitəsinin bərpası Kiyevin Rusiya ilə müharibədə məğlubiyyətinin qarşısını almayacaq.
Bizim.Media xəbər verir ki, Devis bu barədə “X” sosial şəbəkəsində Volodimir Zelenskinin müraciətini şərh edərkən yazıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun problemləri peyk rabitəsindəki fasilələrdən daha ciddidir.
Ekspert şəxsi heyət çatışmazlığını, hava hücumundan müdafiə imkanlarının məhdudluğunu, maliyyə resurslarının azlığını və hərbi sənayenin zəifliyini əsas problemlər kimi göstərib.
Devis bildirib ki, Ukrayna resurslarının tükənməsi səbəbindən döyüş əməliyyatlarını davam etdirmək qabiliyyətini tədricən itirir. O, Kiyevə hərbi dəstəyi davam etdirən Qərb müttəfiqlərini də tənqid edib.
Ekspert daha əvvəl də Qərbin yeni silah tədarükü və maliyyə yardımının Ukraynadakı vəziyyəti dəyişə bilməyəcəyini iddia edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































