Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO

Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO

Hazırda oxunan: Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO
644141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hollivud aktrisası Salma Hayek və fransalı milyarder Fransua-Anri Pino cütlüyünün 19 yaşlı qızı Valentina Pino “Tatler” jurnalının Britaniyanın ən arzulanan 200 gənci siyahısında birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, valideynlərinin milyardlarla dollar sərvətinə baxmayaraq, Valentina dəbdəbəli klublardansa London pablarına, yeraltı əyləncə məkanlarında keçirilən məclislərə və “IKEA” mağazasına getməyə üstünlük verir.
 

Valentina reqbinin yüksələn ulduzu Henri Pollokla birlikdə Little Black Book reytinqində birinci yeri bölüşüb. Onun valideynlərinin ümumi sərvətinin təxminən 7,2 milyard dollar olduğu bildirilir. Valentina hazırda London Kral Kollecində rəqəmsal media və mədəniyyət üzrə təhsil alır.


Gənc qız gələcəkdə aktrisa olmaq, daha sonra isə rejissorluğu sınamaq arzusundadır. O, ehtiyacı olanlar üçün yeməkxanada könüllü layihələrdə iştirak edir və evsiz insanların problemləri ilə maraqlanır.

Valentina anasının geyimlərindən də istifadə edir. Salma Hayek qızının makiyajda ona kömək etdiyini, özünün isə bu sahədə ondan öyrəndiyini bildirib.

Valentina Pino haqqında geniş material “Tatler” jurnalının noyabrın 5-də satışa çıxacaq dekabr buraxılışında dərc olunacaq.

Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO - foto 1
Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO - foto 2
Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO - foto 3
Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO - foto 4
Salma Hayekin qızı Britaniyanın ən arzulanan gəlinləri siyahısına başçılıq edir - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO