Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Hazırda oxunan: Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı
644219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nobel mükafatlı yazıçı Orxan Pamukun keçmiş sevgilisi Karolin Fişekçi ötən günlərdə keçirilən və 2:2 hesabı ilə başa çatan “Beşiktaş” – “Crystal Palace” matçını stadiondan izləyib. Gənclik illərində “Beşiktaş” azarkeşi olduğunu, lakin artıq futbolu izləmədiyini deyən Fişekçi diqqətini çəkən futbolçuları lentə alarkən qol anını da qeydə aldığını bildirib.

Bizim.Media xəbər verir ki, o, uzun müddətdir futbola maraq göstərmədiyini, lakin gənclik illərində “Beşiktaş” azarkeşi olduğunu deyib.
 

O, paylaşımında bu ifadələri işlədib: “Beşiktaş” – “Crystal Palace” UEFA matçı 2:2 hesabı ilə başa çatdı. Məncə, çox qollu heç-heçələr 1:0 hesabı ilə, heç bir təhlükəli vəziyyət yaratmadan qazanılan qələbələrdən daha yaxşıdır”.


Fişekçi gənclik illərində futbol matçlarını yaxından izlədiyini deyib: “Əvvəllər, 15–20 yaşlarımda futbolu izləyirdim. “Beşiktaş” azarkeşi idim. İndi isə futbolu izləmirəm”.

Futbolun əsas qaydalarını və taktiki sxemlərini hələ də bildiyini deyən Fişekçi hazırkı futbolçuları tanımadığını qeyd edib. Qarşılaşma zamanı diqqətini çəkən futbolçuları mobil telefonu ilə çəkdiyini bildirən Fişekçi təsadüfən qol anını da qeydə aldığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO