Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Hazırda oxunan: Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir
644204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Bizim.Media xəbər verir ki, səsvermədə 6 milyon 451 min 292 nəfər seçici iştirak edib.

Seçicilər 8 392 məntəqədə 18 siyasi siyahıdan birinə səs veriblər.

Rəsmi məlumatlara görə, yerli vaxtla saat 14:00-a qədər seçici fəallığı 46,53 faiz təşkil edib.

Seçkilərdə Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakimiyyət düşərgəsi ilə hökumət əleyhinə etirazlar zamanı güclənən və tələbələrin dəstəklədiyi siyasi siyahı rəqabət aparır.

Səsvermə 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə bağlı hadisədən sonra başlayan genişmiqyaslı etirazların fonunda keçirilib. Etirazçılar korrupsiya iddialarının araşdırılmasını və məsul şəxslərin cavab verməsini tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO