Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA

Hazırda oxunan: Kremldən Trampın Moskvaya səfəri ilə bağlı suala REAKSİYA
644134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Trampın Moskvaya mümkün səfəri hələlik müzakirə olunmur. Hazırda diqqət noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin keçiriləcəyi Çinin Şençjen şəhərində mümkün təmaslara yönəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə müsahibəsində bildirib.
 

“Hazırda bu barədə söhbət getmir, indi hamı Şençjenə diqqət yetirir”, – deyə Kreml nümayəndəsi Trampın Rusiyanın paytaxtına mümkün səfəri ilə bağlı suala cavabında bildirib.


Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin avqustunda Alyaskada keçirilən Rusiya-ABŞ sammiti zamanı amerikalı lideri Moskvaya dəvət edib.

APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək. Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Tramp arasında mümkün görüşə hazırlaşdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO