Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO

Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO

Hazırda oxunan: Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO
260147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə yazıçı, tərcüməçi və Azərbaycan əsilli tanınmış ədəbiyyatçı Pınar Kür 82 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.

Bizim.Media xəbər verir ki, onun ölüm xəbəri haqda yazıçı və televiziyaçı Yekta Kopan belə yazıb:

“Pınar Kürə vida etdik. Ədəbiyyatımız üçün böyük itki... Başımız sağ olsun. Başda oğlu Emrah Kolukısa olmaqla bütün ailəsinə dərin hüznlə başsağlığı veririk.”

1943-cü ildə dünyaya gələn Pınar Kür yalnız ədəbiyyat sahəsində deyil, həm də tərcümə və akademik tədqiqatları ilə tanınırdı. Yazdığı romanlarda qadın kimliyi, fərdi azadlıqlar və ictimai tənqidi əsas mövzu kimi işləyən Kür cəsarətli dili və orijinal üslubu ilə Türkiyə ədəbiyyatında önəmli yer tuturdu.
 

Onun qələmə aldığı əsas əsərlər arasında “Yarın Yarın”, “Küçük Oyuncu”, “Asılacak Kadın”, “Bitmeyen Aşk”, “Bir Cinayet Romanı” və “Hayalet Hikayeleri” kimi diqqətçəkən romanlar yer alır. Qadın obrazlarının daxili dünyasını dərinliklə təsvir edən Pınar Kür cəmiyyətin normalarına qarşı sərgilədiyi cəsarətli yanaşma ilə tənqidçilərin yüksək rəğbətini qazanmışdı.


Xatırladaq ki, Pınar Kür Azərbaycan Cümhuriyyətinin qurucularından olan, Cümhuriyyət dövründə daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışmış Şəfi bəy Rüstəmbəylinin qardaşı nəvəsidir.

Atası Bəhram Kür Şəfi bəy Türkiyədə siyasi mühacir həyatı yaşadığı illərdə əmisinin yanına gedib və yazıçı İsmət Kürlə evliliyindən Pınar xanım dünyaya gəlib.

Şəfi bəy Rüstəmbəyli də 1960-cı ildə İstanbulda vəfat edib və orada dəfn edilib.

Pınar Kür təhsilini ABŞ və Fransada almışdı. O, müasir Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri hesab edilir.

Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO - foto 1
Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO - foto 2
Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO - foto 3
Türkiyədə azərbaycanlı yazıçı Pınar Kür VƏFAT ETDİ – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO