Messi unikal nailiyyətə imza atdı – VİDEO

Messi unikal nailiyyətə imza atdı – VİDEO

Hazırda oxunan: Messi unikal nailiyyətə imza atdı – VİDEO

259147

“İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi ABŞ Peşəkar Futbol Liqası (MLS) tarixində ardıcıl dörd matçda ən azı iki qol vuran ilk futbolçu oldu.

Bizim.Media xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat yayılıb.

10 iyul tarixində baş tutan oyunda “İnter Mayami” “Nyu-İngland Revolyuşn” klubunu 2:1 hesabı ilə məğlub edib. Messi bu oyunda 27-ci və 38-ci dəqiqələrdə fərqlənib.

Bundan əvvəl Messi “Kleb de Fut Monreal” komandası ilə keçirilən iki oyunda (4:1 və 4:2) hərəsində iki qol vurub və bir məhsuldar ötürmə edib, “Kolambus Kriu” ilə oyunda isə 2 qol və 2 assistlə yadda qalıb (5:1).

Son dörd qarşılaşmada Messi ümumilikdə 7 qol və 4 assist göstərməklə MLS-də əvəzsiz performans nümayiş etdirib.

Xatırladaq ki, Messi futbol karyerasına Kataloniya təmsilçisi “Barselona”da başlayıb. 2003–2021-ci illər ərzində bu klubda 835 oyunda 709 qol vurub. O, “Barselona” ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu adını qazanıb, 2 dəfə Amerika Kubokunu, 8 dəfə “Qızıl top” mükafatını qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO