Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı

Hazırda oxunan: Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
256999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

"Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.

O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.(Haqqın.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO