Fərid Qayıbov: “Millinin çempionluğu azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdı"

Fərid Qayıbov: “Millinin çempionluğu azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdı"

Hazırda oxunan: Fərid Qayıbov: “Millinin çempionluğu azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdı"
252520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı barədə danışarkən deyib.

Azərbaycan millisinin mundialın qalibi olmasına münasibət bildirən nazir bunun doğma azarkeşlərin möhtəşəm dəstəyi ilə reallaşdığını söyləyib: "Minifutbol millimiz bunadək Avropa çempionu olub, dünya çempionatında dördüncü yeri tutmuşdu.

Bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edir. Burada dövlətin dəstəyi mühüm yer tutur. Bildiyiniz kimi, idman ölkəmizdə dövlət siyasəti kimi müəyyənləşdirilib. Bunun nəticəsində Azərbaycanda irimiqyaslı yarışlar keçirilir, yeni qələbələr olur və idmanımız inkişaf edir".

Qeyd edək ki, Azərbaycan seçməsi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO