Kütləvi zəhərlənmə olan "Tac dönər"in fəaliyyəti DAYANDIRILDI- FOTO

Kütləvi zəhərlənmə olan "Tac dönər"in fəaliyyəti DAYANDIRILDI- FOTO

Hazırda oxunan: Kütləvi zəhərlənmə olan "Tac dönər"in fəaliyyəti DAYANDIRILDI- FOTO
250391
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

9 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Cəbrayıl Natiq oğluna məxsus “Tac dönər” adlı dönərxanada Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub.

Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanıb.
 

Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.


Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan
Kütləvi zəhərlənmə olan

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO