Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdi - VİDEO

Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdi - VİDEO

Hazırda oxunan: Azyaşlıları cəlb edib it döyüşdürdülər, polis hərəkətə keçdi - VİDEO
236937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin itlərlə vəhşicəsinə rəftarının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə heyvan haqları aktivisti Nizami Ramazanov paylaşım edib.
 

Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırlar. Rəhmsiz rəftarı izləyənlər arasında azyaşlı uşaqların olması isə diqqətçəkən məqamlardan biridir.


N.Ramazanovun sözlərinə görə, sözügedən videoları Fərid Həmid adlı şəxs özünün "Telegram" kanalında paylaşır: "Bu şəxsin it döyüşü ilə bağlı paylaşdığı ikinci videosudur. Bunlar it döyüşlərinə azyaşlı uşağı da gətirirlər. Həm uşağın tərbiyəsini pozurlar, həm də həyatı üçün təhlükə yaradırlar. Bu videonun harada çəkildiyi məlum deyil. İt döyüşünün Zaqatala rayonu ilə heç bir əlaqəsi yoxdur".

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır.
Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO