Bakıda lükə düşən gənc qızın vəziyyəti açıqlandı - VİDEO

Bakıda lükə düşən gənc qızın vəziyyəti açıqlandı - VİDEO

Hazırda oxunan: Bakıda lükə düşən gənc qızın vəziyyəti açıqlandı - VİDEO
236486
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki gün əvvəl Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov açıqlama verib.

Onun sözlərinə görə, Z. Zeynalova xəstəxanaya bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib:

“Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud-çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir”.

Qeyd edək ki, kanalizasiya quyusuna düşən qız hadisəyə şahid olan şəxslər tərəfindən oradan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO