Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO

Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO

Hazırda oxunan: Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
234418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Bakıda Zəfər parkını ziyarət edib.

Bizim.Media xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 

Somali Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.


Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - foto 1
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - foto 2
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - foto 3
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - foto 4
Somali Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO