"Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?

"Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?

Hazırda oxunan: "Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?
233964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib.

Bizim.Media sportinfo.az-a istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir.

Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.

İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.

"Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırkı heyətin ən ucuz futbolçusudur - 100 min avro.

Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.

"Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri:

1. Kadi Borges - 2,5 milyon avro

2. Leandro Andrade - 2 milyon avro

3. Oleksey Kaşuk - 1,8 milyon avro

4. Nəriman Axundzadə - 1,8 milyon avro

5. Mateuş Koxalski - 1,5 milyon avro

6. Yassin Benziya - 1,2 milyon avro

7. Toral Bayramov - 1,2 milyon avro

8. Emmanuel Addai - 1,2 milyon avro

9. Aleksey İsayev - 900 min avro

10. Elvin Cəfərquliyev - 900 min avro

11. Şahruddin Məhəmmədəliyev - 800 min avro

12. Fabian Buntiç - 700 min avro

13. Mateus Silva - 700 min avro

14. Marko Yankoviç - 600 min avro

15. Bəhlul Mustafazadə - 600 min avro

16. Musa Qurbanlı - 600 min avro

17. Abbas Hüseynov - 550 min avro

18. Abdullah Zubir - 500 min avro

19. Kevin Medina - 500 min avro

20. Redon Cica - 500 min avro

21. Patrik Andrade - 450 min avro

22. Marko Veşoviç - 200 min avro

23. Bədavi Hüseynov - 200 min avro

24. Amin Ramazanov - 200 min avro

25. Sadiq Məmmədzadə - 150 min avro

26. Riçard Almeyda - 100 min avro.

"Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb.

Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO