Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO

Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO

Hazırda oxunan: Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO
228848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın paytaxtı Kiyevin mərkəzinin ilk dəfə dron hücumuna məruz qalması nəticəsində Azərbaycanın Laçın rayonundan olan Rəşad Tağıyevin yaşadığı bina ciddi zərər çəkib.

Bizim.Media xəbər verir ki, report.az-ın əməkdaşı həmyerlimizin dağılan evində və ofisində olub.
 

Yeni ailə həyatı quran soydaşımız səhər saatlarında dron zərbələrinə tuş gəlib. Təsadüfən sağ qalsalar da, mənzilləri tamamilə dağılıb.


"Kiyevdə yaşadığım ev dronla bombalandı. Səhəri dron hücumları ilə açdıq. Birinci mərtəbədə yaşayıram. Daha doğrusu yaşayırdım. Təsadüf nəticəsində xanımımla sağ qaldıq. Həyəcan siqnalı verilən kimi, mənzilin dəhlizində və vannada sığındıq. Bitişik binada ofisimiz vardı. Humanitar fondumuzun ofisi də dağılıb. Xeyli yaralananlar da oldu. Xanımımla möcüzə nəticəsində sağ qaldıq. Yaşadığımız bina bütövlükdə zərbədən çat verib, tamamilə yararsız haldadır", - azərbaycanlı gənc vurğulayıb.

Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 1
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 2
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 3
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 4
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 5
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 6
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 7
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 8
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 9
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 10
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 11
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 12
Rusiya dronu Kiyevdə azərbaycanlı ailənin yaşadığı binanı dağıtdı - FOTO - foto 13


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO