Ərdoğan: Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq

Ərdoğan: Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq

Hazırda oxunan: Ərdoğan: Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq
228618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirmək əzmində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının Trabzon vilayətində funksionerləri qarşısında çıxış edən dövlət başçısı terror probleminin Türkiyənin gündəmindən çıxarılacağına əminliyini ifadə edib.
 

“Rəsmi Ankara ölkədə sabitliyin pozulması, qarşıdurma və gərginliyin artırılması cəhdlərinə qarşı yaxşı düşünülmüş siyasət yürüdür. Terrorun mənbəyində məhv edilməsi strategiyası öz bəhrəsini verir”, - deyə Türkiyə lideri vurğulayıb.


Onun sözlərinə görə, Suriyanın şimalında terrorçularla mübarizə bu siyasətin bir hissəsidir. “PKK terrorçuları Türkiyənin cənub sərhədlərindən qovulub. Digər terror təşkilatı DAEŞ də məğlub olub”, - deyən Ərdoğan təkcə 2024-cü ildə bölgədə 40 terror təşkilatı liderinin məhv edildiyini diqqətə çatdırıb.

Prezidentin çıxışı ilə paralel olaraq Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında 36 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, 32 yaraqlı Suriya ərazisində, daha 4-ü isə İraqda məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO