Britaniyada bir neçə hava limanı bağlandı

Britaniyada bir neçə hava limanı bağlandı

Hazırda oxunan: Britaniyada bir neçə hava limanı bağlandı
228535
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada güclü qar səbəbindən bir neçə hava limanı bağlanıb, avtomobil yollarında qəzalar baş verib.

Bizim.Media xəbər verir ki, Mançester hava limanı və Liverpulun Con Lennon aedroportu qar səbəbindən uçuş-enmə zolaqlarını müvəqqəti bağlayıb.

Mançester hava limanından verilən açıqlamada güclü qar müşahidə edildiyi bildirilib və komandanın uçuş-enmə zolaqlarını mümkün qədər tez təmizləmək üçün çalışdığı vurğulanıb. Liverpul Con Lennon hava limanı isə uçuş-enmə zolağının bağlı olmasına baxmayaraq, fəaliyyətini davam etdirir.

Dünən axşam saatlarından etibarən Bristol hava limanında da uçuşlar dayandırılıb.

Londonun Luton aeroportunda da oxşar vəziyyət yaşanıb. Burada da güclü qarın yağdığı müşahidə edilib.

Hava limanının veb-saytında bəzi reyslərin gecikdiyi göstərilir.

Səyahətçilərə hava limanlarına getməzdən əvvəl vəziyyətlə tanış olmaq tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO