
- A-
- A
- A+
Rusiya Moldovaya qaz tədarükünü dayandırdı - VİDEO
Moldova Dnestryanıya qaz təchizatının qarşısını almaq üçün qaz xidməti klapanında polis postu qurub.
Bizim.Media "Sputnik Moldova” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı jurnalist Qabriel Kelin yayıb.
O, həmçinin postuna Moldova polisini əks etdirən video da əlavə edib.
Jurnalistin sözlərinə görə, paylaşım Rusiya qaz nəqlini dayandırdıqdan dərhal sonra yerləşdirilib.
Xatırladaq ki, dekabrın sonunda "Qazprom"un mətbuat xidməti bəyanat yayaraq, 2025-ci il yanvarın 1-i saat 8:00-dan Moldovaya qaz tədarükünə məhdudiyyət tətbiq etmək qərarına gəldiyini bildirib.
Belə tədbirlərin görülməsinə səbəb "Moldovaqaz"dan əvvəlki tədarüklərə görə ödənilməmiş borc olub. Moldova tərəfi Rusiyaya borcunun olmadığını deyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































