Rusiya polisi miqrantları məhkəmə qərarı olmadan deportasiya edə biləcək

Rusiya polisi miqrantları məhkəmə qərarı olmadan deportasiya edə biləcək

Hazırda oxunan: Rusiya polisi miqrantları məhkəmə qərarı olmadan deportasiya edə biləcək
228532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 5-dən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri əcnəbiləri ölkəyə giriş və qalma qaydalarını pozduqlarına görə Rusiyadan çıxarmaq hüququna malik olacaqlar.

Bizim.Media Rusiya mediasına istinadla xəbər verir ki, indiyə qədər bu, yalnız məhkəmə qərar olandan sonra edilə bilərdi.

Bir aydan sonra Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşlarına müəyyən qanun pozuntularına görə əcnəbiləri ölkədən çıxarmaq hüququ verən yeni qanun qüvvəyə minir. Bu cür pozuntulara ölkəyə giriş qaydalarına əməl edilməməsi, ölkədə qalma və ya yaşama qaydalarının pozulması daxildir.

İndi bəzi hallarda deportasiya ilə bağlı qərarı Daxili İşlər Nazirliyinin əməkdaşları verəcəklər ki, bu da səlahiyyətlilərin fikrincə, miqrasiya qanunvericiliyinə nəzarət prosedurunu sadələşdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO