ABŞ-da növbəti İNSİDENT - Trampın hoteli hədəf alındı - ANBAAN VİDEO

ABŞ-da növbəti İNSİDENT - Trampın hoteli hədəf alındı - ANBAAN VİDEO

Hazırda oxunan: ABŞ-da növbəti İNSİDENT - Trampın hoteli hədəf alındı - ANBAAN VİDEO
228149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da Las Veqas şəhərində Tramp Beynəlxalq Hoteli qarşısında “Tesla” markasının “Cybertruck” (Saybertrak) model avtomobili partlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər sürücü ölüb, 7 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisəni növbəti terror akti ehtimalı kimi nəzərdən keçirir. Hadisənin Yeni Orleandakı terror aktı ilə bağlılığı araşdırılır.

“Tesla”nın sahibi İlon Mask şirkətin məsələni araşdırdığını bildirib. Onun sözlərinə görə, partlayış icarəyə götürülmüş avtomobildə daşınan bomba nəticəsində baş verib və avtomobillə əlaqəsi yoxdur.

Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Ceremi Şvarts hadisənin terror hücumu adlandırılmasının tez olduğunu bildirib.

Qeyd edək ki, dünən ABŞ-ın Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO