Rusiyanın Yaponiya və Cənubi Koreyaya qarşı müharibə planı ÜZƏ ÇIXDI – SENSASİON TƏFƏRRÜAT

Rusiyanın Yaponiya və Cənubi Koreyaya qarşı müharibə planı ÜZƏ ÇIXDI – SENSASİON TƏFƏRRÜAT

Hazırda oxunan: Rusiyanın Yaponiya və Cənubi Koreyaya qarşı müharibə planı ÜZƏ ÇIXDI – SENSASİON TƏFƏRRÜAT
228007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın ordu komandanlığı Cənubi Koreya və Yaponiya ilə mümkün müharibə üçün planlar hazırlayıb. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə “Financial Times” nəşri çıxış edib.

Nəşr iddia edir ki, 2013-2014-cü illərə aid gizli sənədlərdə bu barədə məlumatlar öz əksini tapıb. Xüsusilə, Rusiya hərbçiləri atom elektrik stansiyaları, yollar, körpülər, tunellər, həmçinin neft emalı zavodları, kimya zavodları və polad zavodları daxil olmaqla, zərbələr üçün potensial hədəflərin ətraflı siyahısını tərtib edib.
 

Ümumilikdə, potensial hədəflər siyahısına 160 obyekt daxil edilib ki, onlardan 82-si hərbi infrastruktura aiddir. Mülki obyektlərin siyahısına isə tunellər, enerji infrastrukturu və sənaye müəssisələri daxildir. Onların arasında Yaponiyanın Kanmon Tuneli və Cənubi Koreyanın Pohang Dəmir və Polad Zavodu var. 


Sənədlərdə Rusiyanın şərq sərhədində potensial münaqişə üçün zabitlərin hazırlanmasından da bəhs edilir. Sızdırılan məlumatdan göründüyü kimi, Moskva NATO ilə müharibə olacağı təqdirdə ölkənin şərq sərhədlərinin ABŞ qüvvələrinin və regional müttəfiqlərinin hücumlarına qarşı həssas olacağından ehtiyat edib. 

Nəşr vurğulayır ki, hazırlanmış plan Rusiyanın hazırkı strategiyası çərçivəsində aktual olaraq qalır.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin sözügedən məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO