“Bild” qəzeti Azərbaycanın qəhrəman pilotlarının peşəkarlığından yazdı

“Bild” qəzeti Azərbaycanın qəhrəman pilotlarının peşəkarlığından yazdı

Hazırda oxunan: “Bild” qəzeti Azərbaycanın qəhrəman pilotlarının peşəkarlığından yazdı
227649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın “Bild” qəzetində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı pilotların yüksək peşəkarlığından bəhs edən məqalə yayımlanıb.

Bizim.Media xəbər verir ki, "Qəhrəman pilotlar möcüzəni belə bacardılar" sərlövhəli məqalədə qəza enişi etməyə hazırlaşan təyyarənin sərnişinləri arasında ölüm qorxusunun hökm sürdüyü bir şəraitdə pilotların qeyri-adi cəsarəti sayəsində daha böyük insan itkisinin qarşısının alındığı, 67 sərnişindən 29-nun sağ qaldığı vurğulanıb. 
 

Yazıda Bakıdan Çeçenistana uçan təyyarənin Qroznı səmasında kənar müdaxilələrə məruz qalmasına baxmayaraq, Xəzər dənizi üzərindən Qazaxıstanadək bir neçə yüz kilometr məsafə qət etdiyi və Aktau yaxınlığında qəzaya uğradığı xatırlanıb.


Təyyarənin qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu qədər uzun məsafə qət etməsinin pilotların peşəkarlığı sayəsində mümkün olduğu bildirilib.

“Bild” qəzetinə açıqlama verən aviasiya mütəxəssisi Yakob Vert pilotların peşəkarlığını möhtəşəm nailiyyət adlandırıb:

“Uçuşun gedişatını və eniş cəhdini nəzərə aldıqda görürük ki, təyyarə nəzarətdən çıxıb. Pilotların zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən Aktauya çatdırması böyük nailiyyətdir”.

Məqalədə qeyd edilib ki, təyyarə açıq dənizin üzərində qəzaya uğrasaydı, bu, bütün sərnişinlər üçün ölüm demək olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO