Tramp 13 dəfə “Emmy” mükafatı alan prodüseri Britaniyaya xüsusi elçi təyin etdi

Tramp 13 dəfə “Emmy” mükafatı alan prodüseri Britaniyaya xüsusi elçi təyin etdi

Hazırda oxunan: Tramp 13 dəfə “Emmy” mükafatı alan prodüseri Britaniyaya xüsusi elçi təyin etdi
226481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “The Apprentice” televiziya şousunun prodüseri Mark Burnetti Böyük Britaniyaya xüsusi elçi təyin edib.

Bizim.Media xəbər verir ki, Tramp bəyanatında Mark Burnettin diplomatik bacarıqlar və beynəlxalq nüfuzun unikal qarışığını bu vəzifəyə gətirəcəyini bildirib.

Britaniyalı prodüser Mark Burnett Trampın ictimai imicinin formalaşmasında mühüm rol oynasa da, 2016-cı il prezident seçkiləri zamanı o, milyarderdən uzaq durmuşdu.

O, Mark Burnetti Böyük Britaniyaya xüsusi elçi təyin etməyin onun üçün böyük bir şərəf olduğunu deyib:
 

“Televiziya prodüserliyi və biznes sahəsindəki uğurlu karyerası ilə Mark bu vacib rola özünəməxsus diplomatik bacarıqlar və beynəlxalq nüfuz gətirəcək”,- deyə o, açıqlamasında bildirib.


Mark Burnett “Survivor”, “Shark Tank”, “The Voice” və ən çox tanınan “The Apprentice” kimi televiziya tarixinin ən böyük şoularını yaradıb və istehsal edib. O, 13 dəfə “Emmy” mükafatına layiq görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO