Şəhid anası faciəvi şəkildə öldü - Foto

Şəhid anası faciəvi şəkildə öldü - Foto

Hazırda oxunan: Şəhid anası faciəvi şəkildə öldü - Foto
646095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımov idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəza zamanı avtomobildə sərnişin olan Todan kənd sakini, 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb. Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.

Onu da qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Sirac Qulu oğlu Həsənəliyev 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.

Şəhid anası faciəvi şəkildə öldü - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO