Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional müharibənin qarşısını aldı”

Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional müharibənin qarşısını aldı”

Hazırda oxunan: Suriyanın yeni lideri: “Ölkədə baş verənlər regional müharibənin qarşısını aldı”
226477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyada baş verən son hadisələr regional və bəlkə də qlobal müharibənin qarşısını aldı, çünki bu ölkə artıq Bəşər Əsəd dövründə olduğu kimi qeyri-sabitlik yuvası olmayacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd Şara Dəməşqdə Livanın Mütərəqqi Sosialist Partiyasının lideri Valid Cumblat ilə görüşündə deyib.

Suriyanın “Əl-Vətən” nəşri əş-Şaradan sitat gətirib:
 

“Əsədlə uğurlu qarşıdurmamız regionu böyük münaqişədən və ola bilsin ki, yeni dünya müharibəsindən xilas etdi. Keçmiş Suriya qeyri-sabitlik yuvası idi və orada hökmran rejim İranyönlü silahlı qruplarla birlikdə Suriya cəmiyyətinin əleyhinə çalışırdı”.


Suriyanın yeni hakimiyyətinin lideri həmçinin “devrilmiş rejimi” 1977-ci ildə Cumblatın atası Kamalın, 1982-ci ildə Livan prezidenti Bəşir Gemayelin və 2005-ci ildə Livanın baş naziri Rafik Həririnin qətlini təşkil etməkdə ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO