“Sevilya” Juninyo üçün nə qədər təklif edir?

“Sevilya” Juninyo üçün nə qədər təklif edir?

Hazırda oxunan: “Sevilya” Juninyo üçün nə qədər təklif edir?
225934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın "Sevilya" klubunun Olavio Juninyo üçün "Qarabağ"a ödəmək istədiyi məbləğ müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Əndəlüs təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün "köhlən atlar"a 2 milyon avroya yaxın təklif göndərib. 
 

Bundan əlavə, "Sevilya" braziliyalı forvardın hazırkı durumda bir addım atmasını da gözləyir. Onlar danışıqlarda oyunçunun istəyindən də yararlanmaq niyyətindədirlər. Belə olacağı təqdirdə La Liqa klubu Juninyo üçün növbəti təklifində məbləği yüksəltməyə çalışacaq.


Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir.

O, 2023/2024 mövsümündə bütün turnirlər daxil olmaqla 31 qola imza atıb. Forvard cari mövsüm 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO