Cənubi Koreya ordusunun baş qərargah rəisi həbs edildi

Cənubi Koreya ordusunun baş qərargah rəisi həbs edildi

Hazırda oxunan: Cənubi Koreya ordusunun baş qərargah rəisi həbs edildi
225652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koreya Respublikasının prokurorluğu dekabrın 3-də hərbi vəziyyətin tətbiqinə rəhbər təyin olunan baş qərargah rəisi Pak An Sunu həbs edib.

Bizim.Media xəbər verir ki, “News1” agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları Pak An Sunu hərbi vəziyyətin əsas icraçısı hesab edir.

Koreya Respublikasının Cinayət Məcəlləsinə əsasən, sui-qəsdçilərin lideri və qiyamın əsas icraçıları ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.

Baş qərargah rəisi isə öz növbəsində prezidentin müraciətinədək hərbi vəziyyətin tətbiqi planlarından xəbərsiz olduğunu bildirib.

İndiyədək Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Yon Hyon və polis baş komissarı Ço Çji Ho da daxil olmaqla, ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Ço Çji Ho dindirmə zamanı prezidentin hərbi vəziyyət dövründə ona altı dəfə zəng etdiyini və deputatların həbs olunmasını istədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO