Əcnəbilərə iş icazəsinin verilməsi ilə bağlı YENİLİK

Əcnəbilərə iş icazəsinin verilməsi ilə bağlı YENİLİK

Hazırda oxunan: Əcnəbilərə iş icazəsinin verilməsi ilə bağlı YENİLİK
219786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur. 

Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur. 
 

Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır.


Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur. 

Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO