Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO

Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO

Hazırda oxunan: Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO
218728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verib. 

Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb.

Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb. 

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb. 

Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır.
 

Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir.


COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir. 




Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 1
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 2
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 3
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 4
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 5
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 6
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 7
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 8
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 9
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 10
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 11
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 12
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 13
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 14
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 15
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 16
Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO/VİDEO - foto 17
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO