İlham Əliyev: "Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq"

İlham Əliyev: "Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq"

Hazırda oxunan: İlham Əliyev: "Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq"
218138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.
 

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu bildirib.


Prezident bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO