Putin: “ABŞ-da prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcəyik” – VİDEO

Putin: “ABŞ-da prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcəyik” – VİDEO

Hazırda oxunan: Putin: “ABŞ-da prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcəyik” – VİDEO
210085
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ABŞ-da keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib. 

Onun sözlərinə görə, ABŞ-da prezidentlik yarışında Rusiyanın favoriti Co Bayden olub: 

"Demişdim ki, bizim favoritimiz belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə də biz də bunu edəcəyik, ona dəstək olacağıq". 

Putin qeyd edib ki, Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib. 

"Əgər xanım Harris üçün hər şey yaxşı gedirsə, bəlkə o, bu cür hərəkətlərdən çəkinər", - deyə Rusiya Prezidenti vurğulayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO