Bu il “Azəri-Çıraq-Günəşli” yataqlarına nə qədər vəsait xərclənib?

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlarına nə qədər vəsait xərclənib?

Hazırda oxunan: Bu il “Azəri-Çıraq-Günəşli” yataqlarına nə qədər vəsait xərclənib?
204596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənilib. 

Bizim.Media xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatada məlumat verirlib. 

Bildirilib ki, cari ilin birinci rübündə AÇG üzrə ümumi xərclər 941 milyon dollar təşkil edib. 

Hesabata əsasən, 2024-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub. 

“İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub”, - hesabatda qeyd olunub. 

Qeyd olunub ki, ilin birinci yarısında AÇG-də 9 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO