Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO

Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO
200526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. 

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. 

Qeyd edilib ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb. 

Bildirilib ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.
Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. 
Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb. 
 


Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 1
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 2
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 3
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 4
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 5
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 6
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 7
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 8
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 9
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 10
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 11
Xankəndidə “Qarabağ” hotelinin açılışı oldu - FOTO/VİDEO - foto 12

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO