Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK

Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK

Hazırda oxunan: Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK

198046

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır. Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO