Araik Arutyunyan: “Oktyabrın əvvəlində məğlub olacağımızı bilirdik, amma bizi...”

Araik Arutyunyan: “Oktyabrın əvvəlində məğlub olacağımızı bilirdik, amma bizi...”

Hazırda oxunan: Araik Arutyunyan: “Oktyabrın əvvəlində məğlub olacağımızı bilirdik, amma bizi...”

19369

“Bəzi siyasi qüvvələr xəyanətkar, satqın damğası vurduğundan biz Azərbaycan tərəfi ilə vaxtında razılaşıb müharibəni dayandıra bilmədik”. 

Bizim.Media xəbər verir ki, Qondarma “Artsax”ın separatçı “lider”i Araik Arutyunyan erməni KİV-lərinə bəzi etiraflar edib. Araik elan edib ki, 44 günlük savaşın nəticələri hələ 2020-ci il oktabrın əvvəllərində məlum idi:
 

MÖVZU İLƏ BAĞLI:

“Araik Arutunyan “İskəndər” raketi deyil..” - Separatçı rəhbərin Moskva səfərinin MÜƏMMASI 


“Lakin siyasi güclər Ermənistanda hərbi əməliyyatların dayanadırılması ilə bağlı konsensus (ümumi razılıq) əldə edə bilmədilər. Həmin günlər savaşın dayandırılması bəzi siyasətçilər üçün satqınlıq hesab olunurdu”. 

Məğlubiyyətin səbəblərindən danışan Arutyunyan 1994-cü ilin may atəşkəsindən sonra İrəvanın əlində olan hərbi-siyasi fürsətlərdən düzgün istifadə olunmadığını da qeyd edib.

Onun sözlərinə görə, o vaxtkı Ermənistan hökuməti beynəlxalq təcrübələrdən də dərs çıxararaq danışıqlar yolu ilə daha uyğun həll yolu tapa bilərdi. 

Araik onu da bildirib ki, indi Ermənistan və Dağlıq Qarabağın gələcəyi üçün Rusiya ilə əməkdaşlıqdan başqa çıxış yolu yoxdur.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO