Dubay suya qərq OLUR: Məktəblər bağlandı, aviareyslər ləğv olundu - VİDEO 

Dubay suya qərq OLUR: Məktəblər bağlandı, aviareyslər ləğv olundu - VİDEO 

Hazırda oxunan: Dubay suya qərq OLUR: Məktəblər bağlandı, aviareyslər ləğv olundu - VİDEO 
187514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BƏƏ-də güclü leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib.

Bizim.Media xəbər verir ki, səlahiyyətlilər dövlət işçilərindən evdən işləməyi xahiş ediblər.

Həmçinin, məktəblər onlayn formatda tədrisə keçib və metro stansiyalarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Leysan səbəbindən magistral yolları və alçaqda yerləşən küçələri su basıb. Sular altında qalan Əbu Dabi, Dubay, Şarja və Ras əl-Xayme şəhərlərində fövqəladə hallar xidmətləri bir neçə yolu tam bağlayıb. 
Qeyd edək ki, ölkə quraq iqlimdə yerləşdiyindən yol infrastrukturu güclü yağıntılara uyğunlaşdırılmayıb. Drenaj sistemi olmadığından güclü yağışlar zamanı su yollarda toplanır və binaları su basır. 
 

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO