Xuraman Şuşalı: “Hicaba keçəndən sonra şəhərdə asılmış bütün şəkillərimi sökdürdüm” – VİDEO 

Xuraman Şuşalı: “Hicaba keçəndən sonra şəhərdə asılmış bütün şəkillərimi sökdürdüm” – VİDEO 

Hazırda oxunan: Xuraman Şuşalı: “Hicaba keçəndən sonra şəhərdə asılmış bütün şəkillərimi sökdürdüm” – VİDEO 

187207

“Ətrafımda olan insanlar mənə deyirlər ki, bəlkə hicabını açasan. Yeni oxuduğum mahnılar gözəldir. Hicabını aç, onlara klip çəkdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, 11 il əvvəl başını bağlayıb namaz qılmağa başladığı üçün bütün açıq-saçıq görüntülərini hər yerdən sildirib: 

“Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Heç kim bilməzdi ki, Xuraman 2013-cü ildə fevralın 16-da gündəmdə olan zaman şəhərin 20-i yerində “billboardlarım” (böyük ölçülü reklam şəkilləri – red.) asılmışdı. Hicaba keçdim və gecə ilə həmin şəkillərimi sökdürdüm. Bunu nə mən, nə də ki, heç kim deyə bilməzdi ki, bu addımı atıramsa, o “billboarddakı” şəkillərimi etməzdim. Çəkdirdiyim klipimi, görüntülərimi, şəkillərimi belə yığışdırdım. Bu azmış kimi, radiodan mahnılarımın da yayımını dayandırdım. Yəni mən belə bir imandan islama gəldim.

Ancaq insan gərək “heç vaxt heç vaxt” deməsin. Mən də bu sözü heç zaman heç bir hərəkətimdə demirəm. İstər ailəmlə, istərsə də hər bir şeylərlə bağlı böyük danışmıram. Mən sevərəkdən başımı bağlayıb, dinə gəlmişəm. Dözərəkdən etmişəm... İndidən sonra da 50 dərəcə isti olsa da, Allah mənə güc, qüvvət verər, buna da dözərəm. Hər şey Allahın əlindədir. Allah istəməsə, mənim bu başım da olmayacaq”. 
Qeyd edək ki, rejissor Elçin Məmmədovla evli olan Xuramanın bu nikahdan 4 övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO