Rusiyada yaşayan azərbaycanlı məşhurlar Moskvadakı hücumdan YAZDILAR – FOTO

Rusiyada yaşayan azərbaycanlı məşhurlar Moskvadakı hücumdan YAZDILAR – FOTO

Hazırda oxunan: Rusiyada yaşayan azərbaycanlı məşhurlar Moskvadakı hücumdan YAZDILAR – FOTO

183838

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada axşam saat 20:00 radələrində “Crocus City Hall” konsert mərkəzində terror aktı törədilib.

Bizim.Media xəbər verir ki, Rusiyada və MDab ölkələrində məşhurlaşan bir sıra azərbaycanlı sənətçilər dəhşətli hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım ediblər. 

Müğənni Cahid Hüseynli (Jony) :

“Bütün zərərçəkənlərin başı sağ olsun. Kədərlənirəm… Dua edirəm ki, rəhmətə gedənlərin ruhu şad olsun, ruhları cənnətdə rahatlıq tapsın”.


Müğənni Nəvai Bəkirov :

 “Moskvaya başsağlığı verirəm. Konsertlər ləğv olundu. Dünyasını dəyişənlər və yaralılar üçün dua edək”. 


Müğənni Elman Zeynalov :

"Çox qorxunc hadisələrdir. Dünyasını dəyişənlərin ailələrinə dərin hüzünlə başsağlığı verirəm"


Bloger Hüseyn Həsənov :

 “Dünyasını dəyişənlərin ailəsinə başsağlığı verirəm. Ürəyim parçalanır”.


Xatırladaq ki, terror aktı nəticəsində 99 nəfərin öldüyü, 150-yə yaxın şəxsin isə yaralandığı bildirilir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO