"Fənərbağça" Türkiyə Superliqasından ayrıla bilər

Hazırda oxunan: "Fənərbağça" Türkiyə Superliqasından ayrıla bilər

183384

"Fənərbağça"nın İdarə Heyəti cari Türkiyə çempionatından çıxmaq barədə qərar qəbul edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məsələ direktorlar şurasının aprelin 2-də baş tutacaq növbəti iclasında müzakirə olunacaq.

İstanbul təmsilçisinin rəhbərliyi komandanın bu mövsüm ölkə çempionatında üzləşdiyi mənfi halları dəyərləndirəcək və buna əsasən qərar qəbul edəcək.

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunun "Trabzonspor" - "Fənərbağça" oyunundan (2:3) sonra qalmaqal yaşanıb. 
"Fənərbağça" futbolçuları qazandıqları qələbəni qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO