Futbolçu oyun zamanı infarkt keçirdi - FOTO

Futbolçu oyun zamanı infarkt keçirdi - FOTO

Hazırda oxunan: Futbolçu oyun zamanı infarkt keçirdi - FOTO
182289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misir çempionatının 16-cı turunda ötən gün keçirilən "Əl-İttihad"  - "Future" matçında qorxunc anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, qonaqların futbolçusu Əhməd Refaat matçın 89-cu dəqiqəsində huşunu itərərək yerə yıxılıb.

Futbolçunu dərhal xəstəxanaya çatdırıblar. Klubun yaydığı açıqlamada bildirilib ki, həkimlərin infarkt keçirən oyunçunun ürək döyüntüsünü bərba etməsi bir saatdan çox çəkib. Hazırda xəstəxanada olan futbolçunun vəziyyətinin qeyri-stabil olduğu bildirilib.
Qeyd edək ki, 30 yaşlı Refaat Misir millisində 7 oyun keçirib və 2 qol vurub. O, sonuncu dəfə 2022-ci ildə Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunlarında milli komandada çıxış edib.

Futbolçu oyun zamanı infarkt keçirdi - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO