Türkiyə klubları “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Türkiyə klubları “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Hazırda oxunan: Türkiyə klubları “Qarabağ”ın legioneri ilə MARAQLANIR
182005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın futbolçusu Yassin Benzia yenidən Türkiyədə çıxış edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 

Fransalı yarımmüdafiəçinin xüsusən Avropa Liqasındakı çıxışı Super Liqa təmsilçilərinin diqqətini çəkib. Komandaların adları çəkilməsə də, bir neçə elita təmsilçisinin mövsümün sonunda Benzia ilə heyətini gücləndirmək niyyətində olduğu vurğulanıb. 

30 yaşlı pleymeykerin “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədər davam etdiyindən, onu almaq istəyən klub ilk növbədə Azərbaycan çempionunu razı salmalıdır. 
Qeyd edək ki, Yassin Benzia daha əvvəl Türkiyədə “Fənərbağça” və “Hatayspor”un formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO