
- A-
- A
- A+
İdman
12:00 / 04.03.2024
1 dəq oxunma
Boksçumuz lisenziya turnirinə qələbə ilə BAŞLADI
Hazırda oxunan: Boksçumuz lisenziya turnirinə qələbə ilə BAŞLADI
180990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.
İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib.
Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.
Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu rinqə çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































