“Xəzri”nin baş məşqçisi: “Həm kubokda, həm də liqada ən yaxşısını etməyə çalışacağıq”

“Xəzri”nin baş məşqçisi: “Həm kubokda, həm də liqada ən yaxşısını etməyə çalışacağıq”

Hazırda oxunan: “Xəzri”nin baş məşqçisi: “Həm kubokda, həm də liqada ən yaxşısını etməyə çalışacağıq”
180780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kubokdakı formata uyğun rəqibimizin hansı taktikada oynayacağını bilirdik və ona görə plan qurmuşduq". 

Bizim.Media xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan kubokunun ikinci turunda "Cəlilabad"a (86:69) qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, ilk dəqiqələrdən təşəbbüs onun komandasında olub: 

"Yekunda hər şey istədiyimiz kimi formalaşdı. Gənc oyunçularımızı da meydana buraxaraq kollektivimizə qazandırdığımız üçün çox xoşbəxtəm. Komanda olaraq çox yaxşı bir qalibiyyət əldə etdik. Növbəti həftə kubokda "Xırdalan" ilə üz-üzə gələcəyik. Bu görüşdə də qalib gəldiyimiz zaman birbaşa yarımfinala yüksəlmək şansımız var. Ümid edirəm ki, bu qarşılaşmada da qələbə qazanaraq kubokda da yolumuza davam edərik. Ona görə də həm liqada, həm də kubokda əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".

Dikmənin sözlərinə görə, mövsümün əvvəlində onların bu qədər uğurlu olacaqlarına inanmırdılar:

"Amma Murat Dikmenin olduğu yerdə hər zaman iddialı olmaq var. Karyeramda hər zaman yüksək yerlərdə mübarizə aparmışam. Mən də əlimdən gəldiyi qədər bunu bütün kollektivə aşılamağa çalışıram. Bu da olduğu təqdirdə uğur rahatlıqla qazanılır. Bundan sonra da həm çempionatda, həm də kubokda bütün matçlarımızı qazanıb hər iki cəbhədə də pley-offlara daha yaxşı hazırlaşmalıyıq".

Qeyd edək ki, Azərbaycan kubokunda "Xəzri" 4 xalla A qrupunun lideridir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO