Zahid Orucdan sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı AÇIQLAMA

Zahid Orucdan sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Zahid Orucdan sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı AÇIQLAMA

180415

Vətəndaşların qeydiyyatdan çıxması ilə bağlı problem qalmaqdadır.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, hesabatda Ombudsmanın müraciəti ilə vətəndaşların probleminin həll edildiyi qeyd edilib:

“Bəs Ombudsmana müraciət etməyənlər necə? Biz istəyirik ki, bu vətəndaşların hamısının problemi həll olunsun”.

Komitə sədrinin sözlərinə görə, növbəti problem mənzil, əmlak, sənədsiz evlərdir:

“Sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Bu məsələyə məruzədə yer verilib. Hökumət strukturlarından bununla bağlı ciddi addım atmağı tələb edirik. Necə olur ki, vətəndaş yaşadığı evdən övladını əsgər yola salır, bütün kommunal xidmət haqlarını ödəyir, amma orada qeydiyyatda deyil”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO