Rəqqasə Aygün: “Nəfəsə geyimlərimi verib onu işə düzəltmişdim, indi isə...” – VİDEO 

Hazırda oxunan: Rəqqasə Aygün: “Nəfəsə geyimlərimi verib onu işə düzəltmişdim, indi isə...” – VİDEO 

178426

“Rusalka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan, ərəb rəqslərinin mahir ifaçısı Aygün Babayeva müğənni Nəfəs (Günel Məmmədli) ilə bağlı efirdə qalmaqallı fikirlər səsləndirib. 

Bizim.Media xəbər verir ki, bu haqda rəqqasə qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb. 

Aygün bildirib ki, Nəfəsə geyimlərini verib onu işə düzəltsə də, o indi onu görəndə “saymır”: 

“İndi biraz tanına bilərsən, bu, çox gözəldir. Uğurlarına da sevinirəm. Nə yaxşı ki, sən tanındın. Yadına gəlir? Xırdalanda mənim evimə gəlib paltarımı geyinib getdin. Sonra da ad günü məclislərinin birində mənimlə uzaqdan soyuq salamlaşdın. Mənə də sənin bu salamlaşmağın xoş olmadı. Səni restoranların birinə işə mən düzəltdim, sonra isə qabağa getdin. Paltarlarımı da ona verdim ki, geyinsin işə getsin.
O əvvəllər bu qədər tanınmırdı. O zamanlar belə mən yaxşı tanınırdım. Sənin bu hərəkətin çox ayıbdır. Yaxşılıqları unutmaq yaxşı şey deyil. Ulduz xəstəliyinə tutulub. Bu hadisədən sonra üzləşməmişik. Məni bu salamlaşmaqla yola verdi. Gör, necə əsəbiləşmişəm ki, bu hadisəni burada danışdım. Amma lap əvvəllər Nəfəs məni məclislərdə görəndə çox səmimi görüşüb, salamlaşırdı”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO