Ermənistan borc içində "üzür" - Erməni iqtisadçı

Hazırda oxunan: Ermənistan borc içində "üzür" - Erməni iqtisadçı

178066

“ÜDM-in iki rəqəmli artımı fonunda dövlət borcu əvvəlki iki il ərzində tədricən artıb. O cümlədən, 2024-cü il yanvarın 1-nə Ermənistanın dövlət borcu 2023-cü il yanvarın 1-i ilə müqayisədə 11,5%, 2022-ci il yanvarın 1-i ilə müqayisədə isə 28,5% artaraq 11,85 milyard dollar təşkil edib".

Bizim.Media xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı, iqtisadçı Tadevos Avetisyan öz məqaləsində yazıb.

"2018-ci ilin may ayından sonra, bu hökumətin dövründə əvvəlki beş il yarım ərzində dövlət borcu təxminən 5,1 milyard ABŞ dolları və ya 75,4% artıb. Halbuki bu hökumətin dövründə ÜDM-in orta illik artım tempi 5,5%, ölkənin dövlət borcunun illik artımı isə bu göstəricidən təxminən 2,5 dəfə - 14% çox olub. Başqa sözlə, bu hökumət dövlət borcunu hər Ermənistan vətəndaşı üçün təxminən 1800 dollar artırıb.

Dövlət borcu üzrə faiz ödənişləri də çox narahatedici artım meylləri nümayiş etdirir və sosial xərclərin artırılması üçün real imkanları getdikcə azaldır. 2023-cü ildə dövlət borcu üzrə faiz ödənişləri həmin ilin dövlət büdcəsinin vergi daxilolmalarının təqribən 11%-ni, ümumi xərclərin təqribən 10%-ni, sosial müavinət və pensiyalara ayrılan xərclərin isə 36%-ni təşkil edib.
Dəfələrlə əsaslandırdığımız və proqnozlaşdırdığımız kimi, bu hakimiyyətlər Ermənistanı borc içində saxlayır, ölkəmizin uzunmüddətli inkişafı üçün gələcək resursları israf edir, sürətlə artan borc yükünü nəsillərin çiynində qoyur”, - məqalədə deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO